ADNSU-da keçirilən VII məzun-karyera sərgisində 629 vakant iş yeri təklif edilib

ADNSU-da keçirilən VII məzun-karyera sərgisində 629 vakant iş yeri təklif edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) VII məzun-karyera sərgisi keçirilib.
Sərgidə 89 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, “Azərenerji” ASC, “Azərsu” ASC, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Kapital Bank”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərkimya” İstehsalat Birliyi, “Azercell” iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 629 vakant iş yeri və 321 təcrübə yeri təklif edilib.
Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların hazırlanmasının ali məktəbin qarşısında prioritet məsələ kimi dayandığını qeyd edən rektor, eyni zamanda, məzun-karyera sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə keçmək imkanlarının genişlənməsində mühüm rol oynadığını deyib.
Digər çıxış edənlər də təcrübə proqramlarının, məzun-karyera sərgisinin əhəmiyyətindən bəhs ediblər.
Sərgidə iştirak edən dövlət qurumu və özəl şirkətlərin nümayəndələri tələbə və məzunlara vakant iş və təcrübə yerləri barədə məlumat veriblər.
Sərgidə şirkət nümayəndələrinə 2 min 34 CV təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər