Bu tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Bu tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən müddətli əlavənin vaxtı uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.
Əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına edilən əlavələrin müddəti də sentyabrın 1-dək uzadılıb.

Tehsil-press.az


Oxşar xəbərlər