Bakı Mühəndislik Universiteti (BMU) ilə İsrailin Ariel Universiteti arasında onlayn görüş keçirilib.
BMU-nun rektoru, professor Havar Məmmədov görüşdə rəhbərlik etdiyi ali təhsil ocağının fakültələri, maddi-texniki bazası, icra etdiyi beynəlxalq proqramlar haqqında ətraflı məlumat verib. BMU-nun İsrailin Ariel Universiteti ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən H. Məmmədov informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, dron mühəndisliyi, mexanika, elektrik mühəndisliyi və digər mühəndislik sahələrində ortaq ikili diplom proqramlarının təşkili, tələbə-müəllim mübadilə proqramlarının qurulması, birlikdə konfransların və elmi-tədqiqatların, layihələrin hazırlanması, eləcə də icrasının təşkili imkanlarını xüsusi vurğulayıb.
Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov təqdimatla çıxış edərək, universitetin beynəlxalq layihələri, Cənubi Koreyanın İNHA Universteti ilə birgə icra olunan ikili diplom proqramı, xarici tərəfdaşlarla həyata keçirilən layihələr və s. məsələlərlə bağlı zəruri informasiyaları diqqətə çatdırıb.
Sonra Ariel Universitetinin rektoru, professor Albert Pinhasov və rektorluq aparatının Strateji Layihələrin İnkişafı üzrə direktoru, Dr. Nadia Yermakov çıxış edərək təmsil etdikləri universitet haqqında ətraflı məlumat verib, eyni zamanda BMU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
Daha sonra görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb, ortaq fəaliyyətlərin başladılması və yaxın zamanda əməkdaşlıq müqaviləsinin imzalanması üçün müvafiq addımların atılması razılaşdırılıb.
Məlumat üçün bildirək ki, Ariel Universiteti çoxşaxəli tədqiqat universitetidir. Hazırda universitet şəhərciyində 17 000-ə yaxın tələbə oxuyur. Tədris proqramları 5 fakültədə (tibb, mühəndislik, təbiət elmləri, səhiyyə elmləri və sosial və humanitar elmlər) və 2 məktəbdə (memarlıq və rabitə) həyata keçirilir. Qalan tələbələr akademik hazırlıq mərkəzində və “Arieldə Mühəndislər" texnoloji kollecində təhsil alırlar. Bundan əlavə, Təl-Əvivdə məktəbdənkənar və davamlı təhsil bölməsi də fəaliyyət göstərir. Universitetin bir çox tədqiqat və innovasiya mərkəzləri, 200 aktiv layihəsi, 135 patenti (hər il 24 yeni patent müraciəti olan), 7 aktiv startapı və 55 lisenziyalı müqavilələri var. Ali təhsil ocağının sahibkarlıq mərkəzi və 24 vençur kapitalı almış layihəsi, bundan başqa tanınmış tədqiqat fondları ilə beynəlxalq əməkdaşlıqları mövcuddur.
Tehsil-press.az