UFAZ ilə Koreyanın İnha Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

UFAZ ilə Koreyanın İnha Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Koreyanın İnha Universitetinin dekan müavini Seungvoo Han və Bakı Mühəndislik Universiteti ilə İnha Universitetinin ikili diplom proqramının layihə direktoru Hyunjin Yang Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov universitetdə tədris prosesi və proqramlar barədə ətraflı məlumat verib, artıq ilk magistr məzunlarının olduğunu deyib.
Sonra ikili diplom proqramlarının ölkənin kadr potensialı üçün faydaları, təqaüd və təcrübə proqramları, elmi-tədqiqat sahəsində əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər