Bakı Dövlət Universitetində (BDU) Türkiyə Respublikasının Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov qonaqları universitetin strukturu, fakültələri, son illər həyata keçirilən islahatlar, yeni yaradılan Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, ikili diplom proqramları barədə məlumatlandırıb. Bildirib ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramlarının qəbulu BDU üçün xüsusi önəm daşıyır.
Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi isə rəhbərlik etdiyi ali təhsil ocağı ilə bağlı ətraflı məlumat verib. O, on doqquz minə yaxın tələbəsi olan Çankırı Karatekin Universitetində 900 azərbaycanlı gəncin təhsil aldığını xatırladıb. BDU ilə əməkdaşlıqda və ikili diplom proqramlarının qəbulunda maraqlı olduğunu vurğulayıb.
Görüşdə BDU və Çankırı Karatekin Universiteti arasında ortaq tədqiqatların aparılması, birgə konfrans, simpoziumların keçirilməsi barədə də müzakirələr aparılıb.
Tehsil-press.az