Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə ixtisasartırma kursunda iştirak edən Rusiyanın Sankt-Peterburq Dağ-Mədən Universitetinin nümayəndələri ilə görüşüb.
Görüşdə M.Babanlı universitetin Azərbaycanda texnikiyönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu söyləyib, onun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, ixtisaslar, tanınmış məzunlar, startap məktəbi haqqında ətraflı məlumat verib. Azərbaycanda texnikiyönümlü ixtisaslara marağın yüksək olduğunu bildirən rektor universitetdə neftlə yanaşı, sənayenin müxtəlif istiqamətlərini əhatə edən ixtisasların tədris olunduğunu qeyd edib.
ADNSU-nun Sankt-Peterburq Dağ-Mədən Universiteti ilə əlaqələrə xüsusi önəm verdiyini deyən M.Babanlı daha çox elm və innovasiya istiqamətlərində birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Görüşə görə minnətdarlıqlarını bildirən rusiyalı qonaqlar təmsil olunduqları ali məktəb haqqında videotəqdimat nümayiş etdiriblər. Onlar ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyiblər.
Qeyd edək ki, Sankt-Peterburq Dağ-Mədən Universitetinin nümayəndələri ADNSU-nun nəzdindəki Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda ixtisasartırma kursunda iştirak edirlər. Kurs müddətində iştirakçılar universitetin müxtəlif kafedra, şöbə və laboratoriyalarında olub, dərs prosesində iştirak ediblər. Kursun sonunda Sankt-Peterburq Dağ-Mədən Universitetinin əməkdaşlarına sertifikat təqdim olunacaq.

Hüseyn Şərifov