Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının materialşünaslıq mühəndisliyi (materialşünaslıq və materiallar texnologiyası) və təkrar emal və bərpa texnologiyaları mühəndisliyi (avadanlıqların bərpası və möhkəmliyinin artırılması) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul elan edilib.
Bu barədə məlumat “Magistr” jurnalının 6-cı nömrəsində yer alıb. Bildirilib ki, 5 nömrəli proqrama aid bu ixtisaslaşmalara qəbul əyani formada Azərbaycan bölməsi üçün aparılır. Materialşünaslıq mühəndisliyi (materialşünaslıq və materiallar texnologiyası) ixtisaslaşması üzrə qəbul ödənişli əsaslarla aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 14-dək davam edəcək. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Tehsil-press.az