Bakı Ali Neft Məktəbinin qəbul planında boş qalan yerlərə ixtisas seçimi aparılır

Bakı Ali Neft Məktəbinin qəbul planında boş qalan yerlərə ixtisas seçimi aparılır Bakı Ali Neft Məktəbinin (BANM) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 7 yer boş qalıb.
BANM-də (müsabiqə rus bölməsi ilə birgə aparılır, qeyd olunan ixtisaslar üzrə kadr hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır) kimya mühəndisliyi, neft-qaz mühəndisliyi (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər