Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistraturasinin boş qalan yerlərinə qəbul aparılır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistraturasinin boş qalan yerlərinə qəbul aparılır Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistraturasinin texnoloji maşın və avadanlıqlar mühəndisliyi (inşaat yol maşınları və avadanlıqları) və mexanika mühəndisliyi (maşınların möhkəmliyi və dinamikası) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul elan edilib.
Bu barədə məlumat “Magistr” jurnalının 6-cı nömrəsində dərc edilib. Bildirilib ki, 6 nömrəli proqrama aid bu ixtisaslaşmalara qəbul əyani formada Azərbaycan bölməsində aparılır. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi (inşaat yol maşınları və avadanlıqları) ixtisaslaşmasına qəbul yalnız ödənişli əsaslarla aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi avqustun 14-dək davam edəcək. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Tehsil-press.az



Oxşar xəbərlər