UFAZ-a qəbul imtahanının nəticələri məlum olub

UFAZ-a qəbul imtahanının nəticələri məlum olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb.
İmtahan nəticələri barədə abituriyentlərə məlumat çatdırılıb.
Qeyd edək ki, qəbul imtahanında 424 nəfər iştirak edib.
Qəbul imtahanının nəticələrindən asılı olaraq UFAZ-da tələbələrə dövlət (120 yer) və ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur.

Tehsil-press.az



Oxşar xəbərlər