Sabah UFAZ-a qəbul imtahanı ilə əlaqədar apellyasiya müraciətlərinə baxılacaq

Sabah UFAZ-a qəbul imtahanı ilə əlaqədar apellyasiya müraciətlərinə baxılacaq Sabah Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanı ilə əlaqədar apellyasiya müraciətlərinə baxılacaq.
UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 505 nəfər abituriyent (107 nəfər rus bölməsi üzrə və 398 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 424 nəfər imtahanda iştirak edib.
UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə dövlət (120 yer) və ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur.
Qəbul imtahanı avqustun 4-də aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər