Yaponiyanın Aomori və Akita prefekturalarının ərazisinə rekord miqdarda yağıntı düşüb

Yaponiyanın Aomori və Akita prefekturalarının ərazisinə rekord miqdarda yağıntı düşüb Yaponiyanın şimal ərazilərində davam edən leysan yağışlar Aomori və Akita prefekturalarına rekord miqdarda yağıntı düşməsinə səbəb olub. Nəticədə ərazidə torpaq sürüşmələri və daşqınlar təhlükəsi artıb.
Yağışların hələ bir həftə davam edəcəyi proqnozlaşdırılır. Ərazidə hökm sürən rütubətli isti hava kütlələri Tohoku regionunda və yaxın ərazilərdə yağışlı buludların yaranmasına səbəb olub. Avqustun 8-dən Aomori prefekturasında yerləşən Fukuoka şəhərinə 360 millimetr yağıntı düşüb ki, bu da bütün avqust ayı üzrə yağıntının orta miqdarını bir neçə dəfə üstələyir. Digər rayonlarda da avqust ayı üzrə orta normadan çox yağıntı düşdüyü qeyd edilir. Nəticədə Aomori və Akita prefekturalarının ərazisində torpaq sürüşməsi təhlükəsi artıb və bunla əlaqədar yerli əhaliyə xəbərdarlıq göndərilib.
Avqustun 12-dək Yaponiyanın şimalında saatda 50 millimetrədək yağıntı düşəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Sinoptiklər yerli əhalini selə, daşqınlara, güclü küləyə, şimşək və doluya qarşı ehtiyatlı olmağa çağırırlar. Onlara çaylara və digər təhlükəli yerlərə yaxınlaşmamaq tövsiyə olunur.
Bununla yanaşı, Yaponiyanın cənubunda yerləşən tropik depressiyanın qasırğaya çevrilərək şimal-qərb istiqamətində hərəkət edəcəyi gözlənilir. Onun cümə günü axşam saatlarında və ya şənbə günü Yaponiyanın şərqinə yaxınlaşacağı proqnozlaşdırılır.

Tehsil-press.az




Oxşar xəbərlər