“İki gündür şəxsi səfərlə Gürcüstandayam. İşləri tamamlayıb gedib dursam sərhəddə, Azərbaycan hökuməti məni ölkəmə buraxmayacaq ki, bağlıdır. Məcbursan, baha qiymətə bilet alıb təyyarə ilə qayıdasan”.
Bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.
İ.Məmmədov qeyd edib ki, vətəndaşı öz ölkəsinə qanadlandırmadan buraxmamaq absurddur: “Avropa Şurasının 46 dövlətinə baxsaq, bizdən başqa heç birinin quru sərhədi bağlı deyil. Avropa Şurasının 46 ölkəsi arasında son iki ildə ən sərt “tibbi” məhdudiyyətlər qoyanlardan da biri Azərbaycandır, həmin dövrdə normadan artıq ölümlər sayına görə anti-rekordçu da Azərbaycandır. Quru sərhədlərimizin bağlı qalmasının heç bir tibbi səbəbi yoxdur”.
Tehsil-press.az