İran Əhvazdakı terrora cavab olaraq Suriyaya raket atdı

İran Əhvazdakı terrora cavab olaraq Suriyaya raket atdı İran Silahlı Qüvvələri Əhvazda hərbi paradda törədilən terror aktının təşkilatçılarını hava zərbələri endirib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan “Sepah News” saytı məlumat yayıb.
İran hərbçiləri terrorun təşkilatçılarına və onların Suriyada Fərat çayının şərq sahillərindəki obyektlərinə ballistik raket atıb. Aviazərbələr nəticəsində çoxlu sayda terrorçu məhv edilib.
Xatırladaq ki, sentyabrın 22-də hərbi parad zamanı Əhvaz şəhərində terror aktı törədilib. Naməlum şəxslər insanlara atəş açmağa başlayıblar və nəticədə 29 nəfər ölüb, daha 60-ı yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər