Aqil Abbas: “Fövqəladə Hallar Nazirliyi niyə ləğv edilməlidir ki?”

Aqil Abbas: “Fövqəladə Hallar Nazirliyi niyə ləğv edilməlidir ki?” “Fövqəladə Hallar Nazirliyi niyə ləğv edilməlidir ki? Hansısa polkovnikin səhv hərəkətinə görə belə böyük bir dövlət qurumu bağlanmalıdır indi? Belə şey harada görülüb? FHN Azərbaycanla yanaşı Türkiyə, İran, Rusiyada olan yanğınları söndürür. Elə bu dəqiqə ölkədə baş verən yanğınlarda vuruşan kimlərdir? Yenə də FHN-nin əməkdaşlarıdır da…”
Bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Minlərlə adamın işlədiyi yerdə bir nəfər səhv hərəkət edibsə, indi ona görə idarə bağlanmalıdır? YAP-da da, nazirlər, icra başçıları içərisində də səhvlər edib işdən çıxarılanlar var. Onda belə çıxır ki, buna görə də dövlət bağlanmalıdır? Bunların hamısı səviyyəsiz söhbətlərdir. FHN-də də indi səhv hərəkət edilib, hər kəs də buna görə cəzasını alıb”, - deyə A.Abbas əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər