Ən başlıcası, qan tökülməsinə son qoymaq mümkün olub.
Rusiya Prezidenti Vladimir Putin bu fikri “Rossiya 24” telekanalına müsahibəsində söyləyib.
Prezident xatırladıb ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar əvvəlcə 5 rayonun, sonra isə 2 rayonun Azərbaycana qaytarılması, Azərbaycanın Laçın rayonu ərazisində dəhliz yaradılması, köçkünlərin öz yerlərinə qaytarılması və Dağlıq Qarabağın statusunun tanınması prinsipi barədə olub. Vladimir Putin deyib: “Əgər biz bu razılaşmaya nail ola bilsəydik, müharibə olmazdı. Mən indi də buna tam əminəm”.
Türkiyənin Azərbaycanı birtərəfli qaydada dəstəkləməsi ilə bağlı suala cavabında Rusiya lideri deyib: “Azərbaycan müstəqil, suveren dövlətdir və Azərbaycan özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir. Bu məsələdə kim ona mane ola bilər?”
V.Putin xatırladıb ki, indiyə qədər heç bir ölkə, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq baxımından Azərbaycan bütün dünya birliyinin Azərbaycana məxsus hesab etdiyi əraziləri özünə qaytarıb. “Bununla əlaqədar Azərbaycan ona kömək göstərən hər hansı müttəfiqi seçmək hüququna malikdir”, - deyə Prezident bildirib. O qeyd edib ki, Türkiyə lap əvvəldən Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun üzvüdür, Türkiyəni “beynəlxalq hüququ pozmaqda” ittiham etmək çətindir. RF Prezidentinin sözlərinə görə, əsrlər boyu Rusiya-Türkiyə münasibətlərinin dramatik tarixini Rusiyada xatırlayırlar. Prezident belə bir fakta diqqəti cəlb edib ki, Avropa xalqlarının çoxunun bir-biri ilə münasibətlərinin tarixi bundan heç də az gərgin və faciəli olmayıb. O, nümunə kimi Fransa ilə Almaniyanı göstərib. Bu ölkələr öz aralarında dəfələrlə vuruşublar, indi isə NATO çərçivəsində müdafiə və təhlükəsizlik funksiyalarını birlikdə həyata keçirir, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq edirlər: “Onlar bütün bu çətinliklərin üstündən keçiblər və öz xalqlarının gələcəyi naminə hərəkət edirlər. Bəs biz Qara dəniz regionunda nə üçün eyni cür hərəkət edə bilmərik?”
Prezident “Belə bir təhlükə yoxdurmu ki, Ermənistanda hakimiyyətə gələcək insanlar imzalanmış bəyanatı yerinə yetirməkdən imtina edərlər?”, - sualına cavab olaraq deyib ki, bu, intihara bərabər böyük səhv olardı, “ümidvaram ki belə olmayacaq”.
Ermənistanda yeni rəhbərliyin hakimiyyətə gəlməsinə Rusiyanın münasibəti məsələsinə toxunan V.Putin deyib: “Mən belə hesab etmişəm və yenə belə hesab edirəm ki, yetərincə mürəkkəb vəziyyətdə, döyüş əməliyyatları həddində olan ölkə daxili siyasi həyatı və hakimiyyəti küçənin köməyi ilə təşkil etməyi özünə rəva görə bilməz, bunun axırı heç yaxşı olmaz”.
Tehsil-press.az