Azərbaycan Respublikasının Təhsil İnstitutu noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirəcək.
Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi araşdırmaların nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfrans riyaziyyat və təbiət elmləri, informasiya-kommunikasiya texnologiyaları və mühəndislik, sosial-humanitar elmlər sahələrini əhatə edəcək. Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda, xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. Yalnız məruzəçilərin tezisləri çap ediləcək və həmin şəxslərə sertifikat veriləcək.
Konfransa müraciət etmək üçün “Gmail” hesabının olması mütləqdir. Maraqlannanlar sentyabrın 25-dək müraciət edə bilərlər.
Ətraflı məlumat Təhsil İnstitutunun saytında yerləşdirilib.
Tehsil-press.az