Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı təşkil edilib.
“Şuşa, sən azadsan!” devizi ilə keçirilən onlayn konfransın plenar iclasını ADMİU-nun prorektoru dosent Sədaqət Əliyeva açaraq gənc tədqiqatçılara uğurlar arzulayıb. O qeyd edib ki, mədəniyyət xalqın mənəviyyatını təyin edən amillərdən biridir. Buna görə də bu sahədə gənc tədqiqatçıların araşdırmalarının böyük rolu var. Həmçinin prorektor xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açıb, Şuşanın azadlığının dövlətimiz, xalqımız və bütün türk dünyası üçün önəmindən danışıb.
S.Əliyeva elmi konfransa Qazaxıstan, İran, Türkiyə və başqa xarici ölkələrdən, eləcə də müxtəlif yerli ali təhsil ocaqlarının gənc doktorant və dissertantları tərəfindən çox sayda məqalə daxil olduğunu, bu məqalələrin hər birinin həmin sahənin mütəxəssisləri tərəfindən diqqətlə oxunduğunu, redaktə edildiyini və nəticədə qəbul olunan məqalələrin bölmə iclaslarında təqdim olunacağını bildirib.
Professorlar Qasım Hacıyev, Qabil Əliyev Şuşanın tarixi və xalqımız üçün əhəmiyyətindən danışıb. Şuşanın tarixinin, mədəniyyətinin, maddi-mənəvi sərvətlərinin gənc tədqiqatçılar tərəfindən araşdırılmasının vacibliyini vurğulayıblar.
Daha sonra Dublin Universitetinin doktorantı Baha Əhməd Yılmaz, Ukraynadan qatılan professor, sosial kommunikasiyalar üzrə elmlər doktoru Anastasiya Bessarab, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Eteri Cəfərova və digərləri mövzu ilə bağlı məruzə ediblər.
Konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri dinlənilib, suallar cavablandırılıb.
Tehsil-press.az