“Hədəf Duqini öldürmək olmayıb” - KİV

“Hədəf Duqini öldürmək olmayıb” - KİV “Jurnalist Darya Duqinanın qətlinə görə məsuliyyət daşıyan şəxslər qızın atası, ictimai xadim Aleksandr Duqini deyil, onu öldürməyi planlaşdırıblar”.
“Darya Duqinanın qətlini hazırlayanları ancaq jurnalistin özünün gündəlik işləri və vərdişləri maraqlandırırdı. Partlayıcı qurğunu işə salmaqla, avtomobili uzaqdan partladanlar dəqiq bilirdilər ki, Duqina təkbaşına avtomobili idarə edir. Ata qatillərin hədəfi olmayıb”, - mənbə qeyd edib.
Xatırladaq ki, avqustun 20-də axşam Moskvada ictimai xadim Aleksandr Duqinin qızı jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil partladılıb. Hadisə nəticəsində qız dünyasını dəyişib.

Tehsil-press.az


Oxşar xəbərlər