Litvadan Aİ ölkələrinə Rusiya ilə bağlı çağırış

Litvadan Aİ ölkələrinə Rusiya ilə bağlı çağırış Litva hökuməti Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyaya qarşı sanksiyalar çərçivəsində Rusiyadan gələn turistlərə viza qadağası qoymağa çağırıb.
Bu haqda Litvanın xarici işlər naziri Qabrielius Landsbergis açıqlama verib.
O, rus turistlərə qarşı viza qadağası ilə bağlı mətbuata verdiyi açıqlamada, “Avropa yönümlü bir həll axtardığını” və bu həllin daha “davamlı” və “qanuni” olduğunu bildirib.
Landsbergis, “Əgər belə bir həll tapılmasa, regional həll yolu axtarmaqdan çəkinməyəcəyik” deyib.

Tehsil-press.az




Oxşar xəbərlər