Darya Duqina ilə vida mərasimi keçirildi

Darya Duqina ilə vida mərasimi keçirildi Moskvada “Ostankino” telemərkəzində sui-qəsd nəticəsində öldürülən jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.
Mərasimdə 200-ə yaxın insan iştirak edib. Tədbirə mərhumun doğmaları, yaxınları və dostları qatılıb.
Mərasimdə mərhumun atası – filosof, politoloq Aleksandr Duqin, Dövlət Dumasının vitse-spikeri Sergey Neverov, “Sarqrad” (“Царьград”) telekanalının sahibi Konstantin Malofeyev və digərləri çıxış ediblər.
Qeyd edək ki, daha əvvəl Darya Duqinanın qətlinin üstü açılıb, sui-qəsdi Ukrayna vətəndaşı Natalya Vovkun törətdiyi məlum olub.

Tehsil-press.az


Oxşar xəbərlər