Qusar Olimpiya İdman Kompleksində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə gənc mühəndislərin yay düşərgəsi keçirilir.
Düşərgə çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsirov, Radiasiya Problemləri İnstitutunun əməkdaşları Ramin Səttarov və Mustafa Kazımov iştirak ediblər.
Təlimdə “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyət istiqamətləri, burada görülən işlər, eləcə də Yüksək Texnologiyalar Parkında yaradılmış şərait haqqında gənclərə məlumat verilib, onlara öz ideyalarını reallaşdırmaq məqsədilə bu imkanlardan yararlanmaq tövsiyə edilib.
Daha sonra PUA-ların təsnifatı, elektronikası, onların aerodinamik əsasları, eyni zamanda, PUA-ların yaradılmasında əsas mərhələ sayılan proqram təminatı sahəsində ustad dərsi keçirilib.
Ramin Səttarov PUA-ların fərqləri, özünəməxsus üstünlükləri və tətbiqləri barədə danışıb. Həmçinin müasir elmi yeniliklər, elektronika və proqramlaşma sahəsindəki təcrübəsini gənclərlə bölüşüb. O, proqramlaşdırmaya marağı olan gənclərə hansı proqramlaşdırma dillərindən istifadə etmələrinə dair istiqamətlər verib. Bildirib ki, yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar.
Sonda Ramin Səttarov Radiasiya Problemləri İnstitutunun İnnovasiya Mərkəzi ilə “Elm və Texnologiya Parkı”nın birgə hazırladığı “Məsafədən radioekoloji monitorinq sistemi” haqqında məlumat verərək bu qurğunun tətbiq imkanlarından danışıb.
Təlim proqramı gənclərin böyük marağına səbəb olub. Fərdi olaraq gənclərlə söhbətlər aparılıb, onların ideyaları dinlənilib, sualları cavablandırılıb.
Tehsil-press.az