Alıcılıq qabiliyyəti fransızları ən çox narahat edən məsələdir

Alıcılıq qabiliyyəti fransızları ən çox narahat edən məsələdir Viavoice institutunun “Liberation” qəzeti üçün apardığı sosial sorğunun nəticələrinə görə alıcılıq qabiliyyəti fransızları ən çox narahat edən məsələdir. Onlar hökumətin bu məsələ ilə bağlı fəaliyyətini sərt tənqid edirlər.
Viavoice institutu və Liberation qəzeti fransızların əsas narahatlıqları ilə bağlı sosial sorğunun nəticələrini dərc edib. Respondentlərin 73 faizi bildirib ki, alıcılıq qabiliyyəti məsələsi yeni tədris ilinin başlanması üçün hökumətin və Parlamentin prioritetləri arasında ən vacib məsələdir. Onların 19 faizi bu məsələ ilə bağlı özlərini Milli Birlik (Rassemblement national) partiyasına daha yaxın, 16 faizi isə İrəli Respublika və NUPES qrupuna yaxın olduqlarını qeyd ediblər.
Alıcılıq qabiliyyətindən sonra fransızları narahat edən məsələlər sağlamlıq (55 faiz), təhlükəsizlik (43 faiz) olub. Ekologiya və məşğulluq məsələləri 41 faiz fransızı narahat edir. Respondentlərin yalnız 6 faizi Avropa İttifaqı məsələsinin də vacib olduğunu hesab ediblər.
Hökumətin iqtisadi çətinliklərə cavab vermək üçün atdığı addımlar barədə suala fransızların 62 faizi indiki siyasətdən narazı olduqlarını bildiriblər.
Beləliklə, Liberation qəzeti üçün Viavoice institutunun apardığı sosial sorğuya görə alıcılıq qabiliyyəti məsələsi fransızları ən çox narahat edən məsələdir.

Tehsil-press.az



Oxşar xəbərlər