Beynəlxalq yay məktəbi iştirakçıları üçün praktiki sahə təlimləri və ekskursiyalar təşkil olunub

Beynəlxalq yay məktəbi iştirakçıları üçün praktiki sahə təlimləri və ekskursiyalar təşkil olunub Bakı şəhərində Neft və Qaz İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Oslo Universitetinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi davam edir.
Yay məktəbinin üçüncü günündə Qırməki dairəsinə və Maykop çöküntülərinin Pirəkəşkül kəsilişinə, o cümlədən Yanardağa praktiki sahə təlimləri və ekskursiyalar təşkil olunub.
Yay məktəbi iştirakçılarını Bakı Ali Neft Məktəbinin professoru, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rauf Nadirov, Moskva Dövlət Universitetinin əməkdaşı Qriqori Axmanov, Oslo Universitetinin Yer elmləri departamentinin əməkdaşı, fəlsəfə doktoru Adriano Mazzini, Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin müdiri Arif Hüseynov müşayiət ediblər.
Təlimlərdə Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak edib.
Praktiki sahə təlimləri sentyabrın 2-dək davam edəcək.
Yay məktəbi Neft və Qaz İnstitutu, MDU və Oslo Universiteti arasında 2018-ci ildə imzalanmış üçtərəfli müqaviləyə əsasən keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər