“Gələcəyə addım - 2” mövzusunda geologiya və geofizika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

“Gələcəyə addım - 2” mövzusunda geologiya və geofizika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 27 Mart - Elm Gününə həsr olunan “Gələcəyə addım - 2” mövzusunda geologiya və geofizika üzrə ümumrespublika olimpiadasında uğur qazanmış gənclərə mükafatlar təqdim edilib.
Tədbiri giriş sözü ilə açan akademik Əkpər Feyzullayev finalçıları təbrik edib, onlara elmi yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Finalda birincilik qazanmış Bakı Ali Neft Məktəbinin magistrantı Orxan Məmmədov, ikinci yerə çıxmış Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nəzrin Şıxəhmədova və üçüncü yerə layiq görülmüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Eldar Babayev pulla mükafatlandırılıb. Həmçinin Geologiya və Geofizika İnstitutunun magistrantı Cəlal Əsgərova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Həsən Cavadova həvəsləndirici pul mükafatı verilib.
Tədbirdə institutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, geologiya-mineralogiya üzrə fəlsəfə doktorları Yeganə Lətifova, Orxan Abbasov, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanovanın və müsabiqənin Elmi Təşkilat Komitəsinin katibi Aysel Cəbrayılova iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər