Neft və Sənaye Universitetinin əməkdaşları beynəlxalq layihədə iştirak ediblər

Neft və Sənaye Universitetinin əməkdaşları beynəlxalq layihədə iştirak ediblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının müəllim və doktorantları Nəbi İskəndərov və Elmin Bağışov Türkiyənin Çanaqqala şəhərinin 18 Mart Universitetində həyata keçirilən “2-ci ENAI Academic Integrity” layihəsində iştirak ediblər.
Xüsusilə akademik dürüstlüklə maraqlanan tədqiqatçıları hədəf alan layihə Çanaqqala 18 Mart Universiteti Akademik Dürüstlük Mərkəzi, xarici ölkələrə məxsus olan bir neçə təhsil mərkəzlərinin yaxından iştirakı və ABŞ-ın Türkiyədəki səfirliyinin sponsorluğu ilə təşkil olunub. Layihədə Türkiyə, Azərbaycan, İordaniya, Böyük Britaniya, Banqladeş və digər ölkələrdən dəvət olunan mütəxəssislər iştirak ediblər.
Layihə üzrə sessiyalar həm nəzəri anlayışları, həm də praktiki bacarıqları əhatə edib. Sessiyalar zamanı interaktiv və birgə müzakirələri özündə əks etdirən akademik dürüstlüklə bağlı 10 mövzuya toxunulub. Türkiyənin Çanaqqala 18 Mart Universitetinin və digər xarici universitetlərin təcrübəli mütəxəssisləri bilik və bacarıqlarını iştirakçılarla bölüşüblər.
Layihə çərçivəsində Nəbi İskəndərov və Elmin Bağışovun təqdimatları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər