ADNSU əməkdaşları “CAMPAİGNers” beynəlxalq layihəsinin müzakirəsində iştirak ediblər

ADNSU əməkdaşları “CAMPAİGNers” beynəlxalq layihəsinin müzakirəsində iştirak ediblər Avstriyanın Linz şəhərində “Johannes Kepler” Universitetinin Enerji İnstitutu tərəfindən “Horizon 2022” proqramı çərçivəsində hazırlanan “CAMPAİGNers” beynəlxalq layihəsinin iclası keçirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin dekanı dosent İlham Rüstəmov və Azərbaycan-Fransız Universitetinin əməkdaşı Şamil Qudavasov iştirak ediblər.
Görüşdə layihə çərçivəsində aparılan elmi-tədqiqat işlərinin əldə olunmuş ilkin nəticələri və növbəti illər üzrə planlaşdırılan layihələr tərəfdaş qurumların təmsilçiləri ilə geniş müzakirə olunub.
Qeyd edək ki, layihənin məqsədi qlobal iqlim dəyişikliyinin insanlarda yaratdığı təsirlərin və bu istiqamətdə olan problemlərin həllinə töhfə verməkdir. Layihə çərçivəsində insanların həyat tərzindəki dəyişikliklərin elmi-tədqiqat üsulları, təhlillər vasitəsilə aydınlaşdırılması nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər