Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, Əməkdar müəllim, tarix elmləri doktoru professor İradə Hüseynova Türkiyənin İzmir şəhərində Ege Universitetinin, Türk Dünyası Araşdırmaları İnstitutunun, AMEA Folklor İnstitutunun və Azərbaycan İKSAD İnstitutunun birgə təşkil etdiyi V Beynəlxalq Dədə Qorqud türk mədəniyyəti, tarixi və ədəbiyyatı konqresində çıxış edib.
Professor İradə Hüseynova beynəlxalq konqresdə “Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həll edilməsi uğrunda mübarizəsi” mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzədə XX əsrin son otuz ilində Azərbaycanda cəmiyyət həyatının bir çox sahələrində köklü surətdə pozitiv dəyişikliklərin baş verməsindən, dövlət quruculuğu istiqamətində tutarlı addımlar atılmasından və sözü gedən dövrün Azərbaycan tarixində xüsusi yer tutmasından bəhs olunub. Tanınmış tarixçi alimin fikrincə, bu tarixi zaman kəsiyi Heydər Əliyev kimi dünyaşöhrətli dövlət və siyasi xadimin fəaliyyəti ilə səciyyələnib.
Professor İradə Hüseynova məruzədə ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyətini Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafına və möhkəmlənməsinə həsr etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Heydər Əliyevin çoxşaxəli xarici siyasətinin ən əsas istiqamətlərindən biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması olub.
Tarixçi-alim onu da xüsusi qeyd edib ki, müasir dövrdə bu siyasi kursu Prezident İlham Əliyev qətiyyətlə davam etdirir.
Çıxışının sonunda professor İkinci Qarabağ müharibəsinin Azərbaycan hərb tarixinin möhtəşəm bir zəfər səhifəsi kimi əbədi olaraq şanlı tariximizə həkk olunmasından, 44 gün sürən və işğalçı Ermənistanın təslim olması ilə başa çatan Vətən müharibəsinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid və cəsur Azərbaycan Ordusunun - əsgər və zabitlərinin, Azərbaycan xalqının layiq olduğu möhtəşəm Qələbə ilə tarixə qızıl hərflərlə yazılmasından qürur duyduğunu bildirib. O, həmçinin əzəli və müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığından bəhs edib.
Professor İradə Hüseynovanın məruzəsi konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tehsil-press.az