Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edib.
Dəyirmi masada çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edilib ki, ömrünü ölkəmizin inkişafına, çiçəklənməsinə və xalqın xoşbəxtliyinə həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
Professor İ.Zeynalov ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan ətraflı bəhs edib. O, Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb.
BDU-nun kafedra müdiri İradə Hüseynova və Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədov ulu öndər Heydər Əliyevin respublikanın inkişafına hesablanmış çoxsaylı layihələrin həyata keçirilməsi uğrunda misilsiz xidmətlərindən söhbət açıblar.
Çıxış edənlər, eyni zamanda, dahi şəxsiyyətin Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlardan danışıblar.
Tehsil-press.az