Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında Ulu Öndərin tarixi xidmətləri olub

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında Ulu Öndərin tarixi xidmətləri olub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Aİİ rektoru Aqil Şirinov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan daha da sürətlə inkişaf edib, dünya ölkələri arasında özünə layiqli yer tutub.
Vətən müharibəsindən bəhs edən A.Şirinov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə qazandığımız Böyük Zəfərin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa çıxış edib. O, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər