Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “ADEX” sərgisində startap layihələrini təqdim edir

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “ADEX” sərgisində startap layihələrini təqdim edir Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2022” sərgisində təmsil olunur.
Sərgidə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri öz startap layihələrini təqdim edir.
Qeyd edək ki, “ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər