Malayziya vətəndaşlarına Azərbaycanın təhsil imkanları barədə məlumat verilib

Malayziya vətəndaşlarına Azərbaycanın təhsil imkanları barədə məlumat verilib Malayziya Texniki və Milli universitetlərinin tələbə və müəllim heyəti üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib.
Vebinar Elm və Təhsil Nazirliyi və Azərbaycanın Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin və səfirliyin əməkdaşları, Malayziya tərəfdən gənclər təşkilatlarının üzvləri, təhsil müəssisələrinin əməkdaşları, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər.
Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ayırdığı təhsil qrantı proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan malayziyalı tələbə Azərbaycanda təhsilinə dair təqdimatla çıxış edərək təəssüratlarını vebinar iştirakçıları ilə bölüşüb.
Görüşdə “Study in Azerbaijan” portalının təqdimatı, Azərbaycan Tibb Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Bakı Mühəndislik Universitetinin və Bakı Slavyan Universitetinin nümayəndələri tərəfindən tanıtım təqdimatları keçirilib, ölkəmizdə təhsil imkanlarına dair məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər