ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova SOCAR-ın Gürcüstandakı ofisində bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov görüşün məqsədi barədə məlumat verib. Bildirib ki, görüşdə Gürcüstanın dörd aparıcı universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edirlər.
Sonra ADA Universitetinin nümayəndələri tələbələrə videoçarx və təqdimatlar vasitəsilə ADA-nın tarixi, yarandığı 15 il ərzində keçdiyi inkişaf yolu, uğurları, beynəlxalq əməkdaşlıq imkanları, tələbə qəbulu qaydaları, təhsil və təqaüd proqramları, tələbələr üçün təqdim edilən imkanlar və üstünlüklər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, hazırda ADA Universitetində 42 ölkənin xarici vətəndaşı ali təhsil alır. Onların əksəriyyəti təqaüd proqramlarından faydalanaraq bəzi hallarda təhsil haqqından da azad olunurlar. Gürcüstandan Azərbaycana gələrək ADA Universitetində təhsil alacaq tələbələr də bu cür təqaüd proqramlarından yararlana bilərlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, ADA Universitetinin nümayəndələri səfər çərçivəsində İlya adına Tbilisi Dövlət Universiteti də daxil olmaqla bir sıra ali təhsil ocaqlarında, Gürcüstanın Təhsil və Elm Nazirliyində, eləcə də azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə də görüşlər keçirəcəklər.
Tehsil-press.az