Azərbaycan Dillər Universitetində (ADU) “Çin: cəmiyyət və mədəniyyət” adlı yay onlayn mühazirəsi çərçivəsində “Əcnəbilər üçün Çində təhsilin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Seminarda Şanxay Universitetinin magistrantı Kəmalə Məmmədova Çində təhsil almağın üstünlükləri, Çində alınan diplomların dünyanın əksər ölkələrində tanınması, Çin təhsili ilə Azərbaycan təhsili arasındakı əsas fərqlər, Çin universitetlərinin məzunları üçün dünya miqyasında reputasiyaya malik böyük Çin şirkətlərində məşğulluq imkanlarından danışıb. K.Məmmədova Çin universitetlərində tədris prosesinin xüsusiyyətlərindən, bu universitetlərin Avropa və Amerikanın ən yaxşı universitetləri ilə əməkdaşlığından da danışıb. O, xüsusilə Qlobal Təhsil Proqramının qrantı və Çin Hökumətinin Təqaüdü üçün namizədlərin seçilməsi prosesinin təşkilinin xüsusiyyətlərinə diqqət çəkib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin strateji siyasi-iqtisadi əməkdaşlığının daim genişlənməsindən, ixtisaslı Çin tərcüməçilərinin tələb olunmasından danışıb, Azərbaycan gəncləri və tələbələri arasında Çin dilinə marağın ildən-ilə artdığını qeyd edib. O bildirib ki, diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi, iki ölkənin aparıcı universitetləri arasında elm və təhsil əlaqələri, Çin hökuməti və şirkətləri tərəfindən həyata keçirilən təhsil və təcrübə proqramları, Azərbaycanın ali və orta məktəblərində Çin dilinin tədrisinin genişləndirilməsi davamlı olaraq gücləndirilib. Belə ki, dövlətlərarası müqavilə əsasında Azərbaycan Təhsil Nazirliyi hər il Çinə 50-yə qədər tələbə göndərir, ADU Konfutsi İnstitutunun xətti ilə 10-dan çox tələbə Çin dili üzrə təhsil alır. R.Abbasov həmçinin qeyd edib ki, ADU Konfutsi İnstitutu mövcud inzibati pandemiya məhdudiyyətləri şəraitində elmi-tədris layihələrinin həyata keçirilməsi və onlayn təhsil problemlərinin həlli istiqamətində fəal işləyir.
Tehsil-press.az