Jurnalist Eynulla Fətullayev sosial şəbəkədə və rəhbəri olduğu Haqqın.az saytında “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı haqqında ittihamlar yazıb. Həmin ittihamlarda jurnalistin hazırda həbsdə olan “Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat aldığı, amma onu müdafiə etmədiyi yazılıb.
Saytın paylaşdığı səs yazısında Əvəz Zeynallının “görüşək, iadə edim” sözü alınan pulun qaytarılması istəyi kimi təqdim edilib. İddiaya görə, Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər. Saytın yaydığı sonuncu məlumata görə, 20 min manat pul geri qaytarılıb.
Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə gununsesi.info-ya açıqlamasında bu haqqda danışıb:
“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.
"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi həm Prezident Administrasiyası, həm də hüquq mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinə bu mövzu ilə bağlı suallar ünvanlayıb. Alınan cavabdan məlum olur ki, Əvəz Zeynallıya qarşı iddialar hakimiyyət orqanlarının fəaliyyəti, yaxud mövqeyi deyil.
Eynulla Fətullayev isə vəkilin bu açıqlamasından narazı qaldığını facebook-da bu şəkildə ifadə edib: “Elçin Sadıqov oyun oyanama. Elə eləmə ki, sənin də səsini yayım!!!”.
8 sentybar günün birinci yarısı Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Qurumun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.
Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı isə canlı yayına çıxaraq Eynulla Fətulluyevin onun barəsindəki 20 min manat rüşvət alması iddiaları ilə bağlı açıqlama verib. Ə.Zeynallı Eynulla Fətullayevin iddialarını sərt formada təkzib edib:
“Bir nəfər çıxıb deyə bilməz ki, 1 manat belə rüşvət almışam. Eynulla vaxtilə özü mənə 100 min manat rüşvət təklif etdirib. Mən onun 100 min təklifindən imtina etmişəm. Səs yazısında “iadə edim” deyərkən pulu yox, əlimdə olan sənədləri nəzərdə tutmuşam. Səsi vəkil Elçin Sadıqova göndərmişəm. O mənə öz ailəm qədər yaxın olduğu üçün səsdə izahlı sözlərdən istifadə etməyi lazım bilməmişən. Gərək Şərin Eynullası olduğunu nəzərə alaraq, orda söhbətin puldan getmədiyini xüsusilə vurğulayardım. Eynulla Fətullayev məndən üzr istəməlidir!”.
Sabiq milli təhlükəsizlik zabiti Ərəstun Oruclu isə baş verən qalmaqalqa sosial şəbəkədə maraqlı və şifrəli reaksiya verib:
“Əvəz bəy Zeynallıya qarşı başladılan "kompromat" hücumuna görə özümü günahkar hiss etdim. Çünki onunla olan son iki müsahibəmiz, xüsusilə də dünənki müsahibəmiz Tərtər qətliamını törətmiş cinayətkar çətənin siyasi hakimiyyətdəki havadar(lar)ının səbr kasasını daşırdı. Amma necə deyərlər, hər ziyanın bir xeyri də var. "Kompromat" uzun müddət idi mənə rahatlıq verməyən "Tərtər qətliamının siyasi hakimiyyətdəki təşkilatçısı kimdir?" sualının cavabını tam açdı. "Kompromatdan" da adam kimi istifadə edə bilmirlərmiş. İndi qaldı kimin pensiyaya və ya səhhəti ilə bağlı istefaya gedəcəyini izləmək”.
Musavat.com mötəbər mənbələrdən aydınlaşdırıb ki, Eynulla Fətullayevlə Əvəz Zeynallının arasındakı gərginlik "dövlət tədbiri" deyil, heç bir halda Əvəz Zeynallının hədəfə alınmasından, ona qarşı kampaniya aparılmasından söz gedə bilməz. "Yeni Müsavat" Media Qrupunun rəhbərliyi həm Prezident Administrasiyası, həm də hüquq mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinə bu mövzu ilə bağlı suallar ünvanlayıb. Alınan cavabdan məlum olur ki, Əvəz Zeynallıya qarşı iddalar hakimiyyət orqanlarının fəaliyyəti, yaxud mövqeyi deyil.
"Biz bu məsələlərə qarışmırıq, tərəf də tutmuruq, bunların rəsmi qurumlara və dövlətin media siyasətinə heç bir dəxli yoxdur".
Əvəz Zeynallının Xural TV-dəkı çıxışında ünvanına səsləndirdiyi çoxsaylı iddia və ittihamlara Eynulla Fətullayevin cavabı isə demək olar ki, yoxdur. O, hələlik yalnız bir detala münasibət bildirib – bu da Türkiyənin sabiq Daxili İşlər naziri Mehmet Ağardan götürdüyü müsahibənin tirajı ilə bağlıdır.
Tehsil-press.az