Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək. “Şuşa İli” çərçivəsində keçiriləcək konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.Konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil ediləcək.
Tədbir haqqında ətraflı məlumat ADMİU-nun saytında yerləşdirilib.
Tehsil-press.az












