Yayılan vəba xəstəliyi nəticəsində 7 nəfər vəfat edib

Yayılan vəba xəstəliyi nəticəsində 7 nəfər vəfat edib Suriyanın vətəndaş müharibəsi nəticəsində viran qalmış və su-kanalizasiya sistemi olmayan Hələb şəhərində vəba xəstəliyinin yayılması nəticəsində 7 nəfərin vəfat etdiyi bildirilir.
Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, Hələblə yanaşı, ölkənin 14 vilayətində 60-a yaxın vəba xəstəsi var. Bu, son onillikdən sonra bu virusa ən çox yoluxma halıdır.
Vəba xəstəliyinin törədicisi çirklənmiş su və qida məhsullarıdır. Bu virusa yoluxanlarda ishal və qusma halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı da bu yaxınlarda Suriyada vəba xəstəliyinin yayılacağı barədə xəbərdarlıq etmişdi. Bu ölkədə su-kanalizasiya sistemlərinin 70 faizinin sıradan çıxdığı bildirilir.

Tehsil-press.az


Oxşar xəbərlər