Elm və Təhsil Nazirliyinin 2022-ci il üçün Fəaliyyət Planına uyğun olaraq “İnnovativ məktəb” layihəsi çərçivəsində keçirilən təlimdə Bakı şəhəri, eləcə də regionlarda yerləşən məktəblərin rəhbərliyi və müəllim heyəti iştirak edib.
Təlim “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilib. Böyük əksəriyyəti praktiki tapşırıqlar və interaktiv müzakirələrlə keçən təlimdə iştirakçılara bacarıqların mənimsənilməsini təşviq edən xüsusi proqramların hazırlanması, tədris metodologiyaları, layihə əsaslı öyrənmə, XXI əsr bacarıqlarının tədrisi və digər mövzular izah olunub. Təlimin sonunda iştirakçılar komandalara bölünərək öyrəndikləri metodologiyalar əsasında hazırladıqları innovativ dərs planlarını təqdim edib və təlimlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, təlim paketi “ORT İsrail” məktəblər şəbəkəsi mütəxəssislərinin Azərbaycana səfəri çərçivəsində məktəb direktorları və müəllim heyəti ilə görüşləri və aparılmış tədqiqat məqsədli sorğuları əsasında hazırlanıb. “İnnovativ məktəb” layihəsi çərçivəsində təlimlərin ikinci mərhələsinin noyabr ayında İsraildə keçirilməsi gözlənilir.
Tehsil-press.az