Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ömürboyu Təhsil Mərkəzinin açılış mərasimi keçirilib.
Rektor Ədalət Muradov bildirib ki, Mərkəzin yaradılmasının əsas məqsədi müasir tələblərə cavab verən korporativ təhsil modelinin tətbiq edilməsidir. Rəqəmsal iqtisadiyyat üzrə tələb olunan bacarıqların formalaşdırılması Mərkəzin fəaliyyətində əsas prioritet olacaq. Rəqəmsal məhsul və xidmətlərin istehlakının vacibliyini nəzərə alaraq, istehlakçıların rəqəmsal savadlandırılmasına xüsusi diqqət veriləcək. Mərkəzin yaradılması UNEC-in sahibkar universitetə keçid istiqamətində atılan addımlardan biridir və bu, müəllimlər arasında rəqabəti daha da artıracaq.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və vətəndaşların məşğulluğu ilə bağlı tələblərdən danışıb. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə ömürboyu təhsil alətlərinin əhəmiyyətli olduğunu bildirib. O, məşğulluq agentliyinin qarşısında duran vəzifələrdən birinin təhsil və təhsil ocaqları arasında düzgün əməkdaşlıq müstəvisinın formalaşdırılmalı olduğunu vurğulayaraq, agentlik ilə UNEC-in əməkdaşlıq imkanlarından söz açıb.
Sonra Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli təqdimatla çıxış edib. Qeyd olunub ki, Mərkəzdə peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, miniixtisas proqramları, qısa və intensiv kurslar, beynəlxalq yay məktəbləri təşkil ediləcək. Eləcə də bakalavriat, magistratura səviyyəsinə qəbul və əlavə sınaq imtahanlarına, yaradıcılıq müsabiqələrinə, dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara dinləyici hazırlığı aparılacaq. Mərkəzdə adaptiv tədris metodikası tətbiq olunmaqla, təhsil və hazırlıq proqramları əyani, distant və hibrid formada təşkil ediləcək.
Tədbirdə çıxış edən Karyera Mərkəzinin direktoru Ramil Cabbarov qlobal əmək bazarında ən çox tələb olunan rəqəmsal marketinqin əhəmiyyətindən danışıb. O, UNEC-də rəqəmsal marketinq üzrə sertifikat proqramının reallaşdırıldığını və proqrama korporativ sektordan çoxsaylı marağın olduğunu deyib.
Sonra suallar cavablandırılıb.
Tehsil-press.az