4 ay Rusiya əsirliyi “Azov döyüşçüsü”nü tanınmaz hala saldı

4 ay Rusiya əsirliyi “Azov döyüşçüsü”nü tanınmaz hala saldı İki gün öncə Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında baş tutan əsir mübadiləsi zamanı 215 şəxs əsirlikdən azad olub.
Hazırda azad edilmiş hərbçilərdən “Azov” müdafiəçisi Mixail Dianovun vəziyyəti və əsirlikdə olarkən ona qarşı olan qeyri-insani rəftar dünya gündəmindədir.
Belə ki, 36-cı dəniz piyada briqadasının baş serjantı Mixail Dianov Azovstaldakı döyüşlər zamanı ağır yaralanıb. Onun hər iki ayağına güllə dəyib, sağ əlinin sümüyü isə sınıb.
Mixail dörd ay rus əsirliyində qaldıqdan sonra qol sümüyü əyri bitişib və qolunda dörd santimetr ölçüdə sümük qısalığı yaranıb. İndi onun uzunmüddətli həm bərpaya, həm də köməyə ehtiyacı var.

Tehsil-press.az


Oxşar xəbərlər