Mixail Qutseriyevin qohumu Alijan Qutseriyevin güllə yarası alması ilə bağlı yeni detallar məlum olub.
Tehsil-press.az xəbər verir ki, biznesmenin arvadı tərəfindən güllələndiyi haqda istintaqa məlumat daxil olub və hazırda qadın - Həvva Qutseriyeva İstintaq Komitəsində dindirilir.
Ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib, Qutseriyevin arvadı ərinə avtomat silahdan atəş açıb. Hadisə zamanı biznesmenin oğlu da evdə olub. Lakin Qutseriyevin qohumları hadisəni ört-basdır etməyə çalışır və Alijanın silahla ehtiyatsız davranm nəticəsində yaralandığını iddia edir. Ailə çalışır ki, hadisə ilə bağlı cinayət işi qaldırılmasın.
Mixail Qutseriyevin təsisçisi olduğu "Bin" şirkətlər qrupundan oliqarxın qohumu Alijan Qutseriyevin güllələnməsi barədə xəbərləri şərh ediblər.
Tehsil-press.az Rusiya KİV-lərin istinadən xəbər verir ki, şirkətdən yayılan açıqlamaya əsasən Alijan Qutseriyev öz mənzilində "avtomatik odlu silahla ehtyatsız davranaraq yaralanıb". Hazırda onun vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. Habelə bildirilir ki, Alijan Qutseriyevin "Bin" şirkətlər qrupunun idarə edilməsində iştirakı mövcud deyil.
Rusiyanın “Russneft” şirkətinin sahibi, Azərbaycanda da iri neft aktivlərinə sahib olan Mixail Qutseriyevin qohumu Alixan Qutseriyev Moskvada güllələnib. Bu haqda Moskva şəhər daxili işlər idarəsindən bildiriblər.
“Bu gün səhər saat 10 radələrində Lobaçvski küçəsində bir nəfərin odlu silahla yaralandığı haqda məlumat daxil olub. İstintaq tədbirləri aparılır”-idarədən bildirilib.
“Moskovskiy komsomolets” isə xəbər verir ki, insident saat 9.00-da baş verib. Əvvəlcə təcili yardım xidmətinə bir nəfərin boğulması barədə məlumat daxil olub. Lakin aydınlaşdırılıb ki, 44 yaşlı Alixan Qutseriyev başından və çiynindən güllə yarası alıb. O, “Bin” şirkətlər qrupunun sahibi Mixail Qutseriyevin qohumudur və “Bin-bank”ın səhmdarıdır.
Xatırladaq ki, bu yaxınlarda Qutseriyev Moskvada oğluna olduqca dəbdəbəli toy edib. Toya dünyanın məşhur pop-ulduzları dəvət olunub. Qutseriyevin oğlunun toyu günlərlə mətbuatda müzakirə edilib. Qutseriyev Azərbaycanda bir sıra quru yataqlarının istismarını həyata keçirən “Global Energy” şirkətinin də sahibidir.
tehsil-press.az