UNEC-də Sosial Media Marketinqi kurslarına qeydiyyat başlanıb

UNEC-də Sosial Media Marketinqi kurslarına qeydiyyat başlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində Sosial Media Marketinqi kursuna qeydiyyat başlanıb.
Sosial Media Marketinqi kursu 16 saatı əhatə edən tədris planına uyğun aparılacaq. Kurs nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar üzərindən təşkil olunacaq. İştirakçılar sosial mediada satış, rəqiblərin təhlili və bu sahə ilə əlaqəli mövcud proqram, sistem və alətləri istifadə edə bilmək bacarıqları əldə edəcəklər.
Kursu uğurla bitirənlər UNEC sertifikatı əldə etməklə yanaşı, praktiki bilikləri möhkəmləndirən vorkşopda iştirak etmək imkanı qazanacaq.
UNEC tələbələri və əməkdaşlarına oktyabrın 1-dək özəl endirim kampaniyası olacaq.
Qeydiyyat oktyabrın 1-dək aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər