Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Texniki Universitetinin (GTU) rektoru David Qurgenidze ilə görüşüb.
Rektor Gürcüstan və Azərbaycanın strateji müttəfiq olduqlarını qeyd edib, nümunəvi qarşılıqlı münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib.
GTU haqqında ətraflı məlumat verən David Qurgenidze ali təhsil ocağında 14 fakültə, elmi-tədqiqat mərkəzi və ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyanın olduğunu diqqətə çatdırıb.
Rektor bildirib ki, azərbaycanlı tələbələrin ali məktəbdə təhsilə maraqları ildən-ilə artır. Hazırda universitetdə 581 nəfər azərbaycanlı təhsil alır ki, onların 186-sı Azərbaycan vətəndaşı, yerdə qalanları isə Gürcüstanın azərbaycanlı vətəndaşlarıdır.
David Qurgenidze GTU-nun 100 illik yubileyinə hazırlıqlardan danışıb, Azərbaycan səfirini yubiley münasibətilə təşkil olunacaq tədbirlərə dəvət edib.
Azərbaycanın aparıcı ali məktəbləri ilə səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edən rektor yaxın gələcəkdə əlaqələrin daha da çoxşaxəli olacağına ümid etdiyini vurğulayıb.
Faiq Quliyev Gürcüstanın nüfuzlu ali təhsil ocağı ilə Azərbaycan səfirliyi arasında sıx əməkdaşlığı və birgə təşkil olunan tədbirləri qeyd edib.
Azərbaycanın Gürcüstanın təhsil və elm mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Bu ilin fevral ayında Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində iki ölkənin təhsil nazirlikləri arasında imzalanan sazişin elm və təhsil sahəsində əlaqələrin daha da inkişafına və gücləndirilməsinə təkan verdiyi vurğulanıb.
Azərbaycan-Gürcüstan münasibətlərinə toxunan səfir iki ölkə arasında mövcud qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyin nümunəvi olduğunu qeyd edib.
Regiondakı proseslərə toxunan diplomat ölkələrimizin iştirakçısı olduğu meqa layihələrin əhəmiyyətinin daha da artdığını bildirib. Ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin qarantı olduğunu vurğulayıb.
Səfir Azərbaycan dövlətinin Gürcüstanda humanitar layihələrin həyata keçirilməsinə verdiyi böyük önəmdən danışıb. O, bu kontekstdə SOCAR şirkətinin Gürcüstanda azərbaycanlı tələbələrin ali təhsil almaları üçün nəzərdə tutulan təqaüd proqramını qeyd edib. Səfir bildirib ki, Gürcüstanın azərbaycanlı gəncləri təhsilli olmalı və tamhüquqlu vətəndaşlar kimi dövlət quruculuğu prosesinə öz töhfələrini verməlidirlər.
Görüşdə GTU-da Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılması imkanları müzakirə olunub.
Tərəflər əməkdaşlığın inkişafı və daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi üzrə qarşılıqlı razılıq ifadə ediblər.
Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Tehsil-press.az