Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında “Erasmus+” proqramı çərçivəsində tələbə-müəllim heyəti mobilliyini həyata keçirmək məqsədilə bağlanmış müqavilə uğurla yerinə yetirilir.
Rektor profressor Cəfər Cəfərov 2021/2022-ci tədris ilinin yaz semestri (5 ay) ərzində “Erasmus+ KA1” mübadilə proqramı xətti ilə Danimarkanın UCC Universitetində mübadilə proqramında iştirak edən sosial iş ixtisasının builki məzunu Elmir Abbasov, ibtidai sinif müəllimliyi ixtisasının ingilis bölməsi üzrə IV kurs tələbəsi Səbinə Tağıyeva, korreksiyaedici təlim ixtisasının III tədris ili tələbələri Yamən Əliyeva və Hamed Noroozi ilə görüş keçirib.
Görüşdə qeyd olunub ki, ADPU-nun xarici universitetlərlə əlaqələri genişləndirilir və bu proqramlardan yararlanan müəllim və tələbə heyəti ölkəmizin təhsil həyatına yeni töhfələr verəcək.
Proqramda iştirak edən tələbələr də öz təəssüratlarını bölüşərək qazandıqları təcrübələrdən bəhs edib, universitetdə və təhsil sistemimizdə müsbət dəyişikliklərdə yaxından iştirak etmək üçün biliklərini əsirgəməyəcəklərini bildiriblər.
Tehsil-press.az