Turizm və Menecment Universitetində ustad dərsi: İnkişaf etməkdə olan bazarlarda iş etikası

Turizm və Menecment Universitetində ustad dərsi: İnkişaf etməkdə olan bazarlarda iş etikası Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Özbəkistan Dövlət İqtisad Universiteti arasında onlayn tədbir keçirilib.
Özbəkistan Dövlət İqtisad Universitetinin əməkdaşları Otabek Kasimov və Ahmed Aziz tərəfindən Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil alan tələbələr üçün “İnkişaf etməkdə olan bazarlarda iş etikası” mövzusunda keçirilən ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Onlayn tədbir ATMU, Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universiteti və Özbəkistan Respublikasının Dövlət İqtisad Universiteti arasındakı yeni əməkdaşlıq müqaviləsinə əsasən təşkil edilib.
Tədbirdə mütəxəssislər tələbələrin suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər