Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Marketinq kafedrasının və Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı ilə “COVID-19. Ölkəmizin turizm sahəsinə təsiri” mövzusunda beynəlxalq onlayn tədbir keçirilib.
Tədbirdə məruzə ilə çıxış edən Atatürk Universitetinin professoru Kerem Karabulut COVID-19 pandemiyasının Türkiyənin turizm sənayesinə təsiri və postpandemiya dövründə icrası zəruri sayılan tədbirlərdən söz açıb. Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Marketinq kafedrasının müdiri, dosent Elmira Qocayeva COVID-19 pandemiyasının Azərbaycanın turizm sahəsinə təsirindən, o cümlədən həlli vacib bilinən məsələlərdən ətraflı bəhs edib. E.Qocayeva təqdimatında işğaldan azad edilən torpaqlarımızın turizm potensialı və perspektivli turizm növlərinin yaradılma imkanları barədə ətraflı məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Fərhad Rəhmanov “COVID-19 pandemiyasının ölkə iqtisadiyyatının inkişafına mənfi təsiri, uyğun təsirlərin azalma mexanizmləri”, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov “Pandemiyanın dünya turizm sənayesinə mənfi təsirinin minimallaşdırılması istiqamətində qabaqcıl ölkələr tərəfindən verilmiş statistik məlumatlar və ölkəmizin yararlana biləcəyi konkret göstəricilər”, Bakı Dövlət Universiteti İqtisadiyyat kafedrasının müəllimi, professor Vahid Abbasov “COVID-19 pandemiyasının sahibkarlıq fəaliyyətinə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra tədbirə Ukraynadan qoşulan Viktoriya Bliznyuk və Tatyana Perequdova, Moldovadan Tatyana Kolesnikova, Tatyana Qutyum ölkələrinin iqtisadiyyatına COVID-19 pandemiyasının təsiri, dövlət tərəfindən görülən işlər, qəbul edilən proqramlar barədə məlumat veriblər.
Beynəlxalq onlayn tədbir Azərbaycan, türk və rus dillərində keçirilib.
Tehsil-press.az