Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransı işə başlayıb.
Konfrans AzMİU, “AMİR Technical Servises” şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-ın Qnedenko Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Avrasiya məkanında risklərin qiymətləndirilməsi və idarə edilməsi, infrastrukturların monitorinqi, su anbarlarının ətraf mühitdə yaratdığı problemlər kimi məsələlərin müzakirə olunduğu konfransda Avstriya, İtaliya və Almaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak edirlər. Ümumilikdə isə konfransa 20 ölkədən elmi məqalələr daxil olub.
Milli Məclisin üzvləri və müxtəlif dövlət qurumlarının, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Kosmik Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və digər aidiyyəti təşkilat və müəssisələrin təmsilçiləri də konfransda iştirak edirlər.
Konfrans oktyabrın 13-dək davam edəcək.
Tehsil-press.az