Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən “SABAH.lab” Akselerasiya Mərkəzinin əməkdaşları ilə birlikdə tələbələr üçün məlumatlandırma sessiyası təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd tədris yönümlü və inkubasiya yönümlü startapların yaradılması, tələbələrə gənclərin yerli və qlobal innovativ startap layihələrinə cəlb edilməsi, yeni startapların qurulması və inkişafı, investorların cəlb olunması, layihələrin dünya bazarına çıxarılması, startap komandaların təşkili haqqında ətraflı məlumat verməkdir.
İnteraktiv şəkildə keçirilən sessiyada tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2021-ci ilin oktyabr ayında yaradılıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılmasına və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.
Tehsil-press.az