AzMİU-da tələbələrlə Qarabağ qazilərinin görüşü olub

AzMİU-da tələbələrlə Qarabağ qazilərinin görüşü olub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qarabağ qaziləri – Turabi Allahverdiyev, Hasil Hümbətov və Rey Kərimoğlunun tələbələrlə görüşü keçirilib. Görüşdə tələbələrlə yanaşı, AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin sədri Bayram Aslanov da iştirak ediblər.
Qazilər tələbələrə I və II Qarabağ müharibələri, Aprel döyüşləri, eləcə də bəzi mühüm hərbi əməliyyatlar haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycanda ordu, xalq və iqtidar birliyi ermənilərin 30 illik hərbi istehkamlarını, ordularını və yaratdıqları mifi 44 gündə darmadağın etdi. Çıxışlarda Prezident İlham Əliyevin müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə informasiya blokadasını məharətlə yarmasının, apardığı uğurlu xarici siyasətin və ordunun əzmlə döyüşməsinin Zəfərimizin təminatçısı olduğu diqqətə çatdırılıb.
Qonaqlar tələbələrin suallarını cavablandırıblar.
Görüşün sonunda AzMİU-nun II Qarabağ müharibəsində şəhid olan məzunu Elsevər Əhədzadənin xatirəsinə həsr edilən fakültələrarası şahmat turnirinin qaliblərinə diplomlar təqdim olunub. Şahmat turnirində I yeri Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, II yeri İnşaat, III yeri isə Tikinti-iqtisad fakültəsinin komandası qazanıb.
Qazilərlə tələbələrin görüşü Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib olan “Şanlı Zəfərimiz” müharibə iştirakçılarının gözü ilə” layihəsi çərçivəsində təşkil edilib.

Tehsil-press.az


Oxşar xəbərlər