Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatı Naqif Həmzəyevin gənclərlə görüşü keçirilib.
AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov “Azərbaycan gəncliyinin dünəni, bu günü, sabahı” mövzusunda keçirilən görüşdə Azərbaycanda dövlətin gənclər siyasətindən, gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şəraitin yaradılmasından danışıb.
Dövlətin gənclər siyasəti barədə məlumat verən Naqif Həmzəyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsinə və etimad göstərilməsinə diqqət çəkib. O qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşür. “Cəmiyyətə yenilik onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi olan gənclər tərəfindən gətirilir. Məhz bunun üçün gənclər yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Gənclər dövlətin yaratdığı şəraitdən istifadə etməklə həyatda özlərini təsdiq etməli, onlara yaradılan imkanlardan səmərəli faydalanmalıdırlar”.
Deputat öz fəaliyyətindən, keçdiyi həyat yolundan danışıb, tələbələrə elm və təhsil, intellektual inkişafla bağlı müxtəlif tövsiyələr verib və onların suallarını cavablandırıb.
Tehsil-press.az